Haalandın atası Man Siti qalmaqalından danışdı
Mançester Siti”nin hücumçusu Erlinq Haalandın atası Alf-İnge Haaland klubun ətrafında yaranan maliyyə qalmaqalı və Premyer Liqadan kənarlaşdırılma riski haqda açıqlama verib.
Hadiseler.info xəbər verir ki, o bu barədə “The Sun”a danışıb.
“Yalnız mətbuatda yazılanları bilirəm. Orada da çox şey yazılır və birtərəflidir. Ümid edirik ki, məsələyə ədalətli yanaşılacaq. Erlinq yalnız meydanda olmaq və diqqətini futbola yönəltmək haqda düşünür”, – deyə o bildirib.
Alf-İnge həmçinin əlavə edib ki, illər əvvəl baş verənlərə görə indiki futbolçuların cəzalandırılması ədalətsizlikdir:
“İllər əvvəl edilənlərə görə cəza çəkmək ədalətsizlikdir. Apellyasiya prosesini gözləmək lazımdır. Siti öz təqsirsizliyini sübut edəcək güclü dəlilləri olduğuna əmindir. Yekun qərarı gözləmək lazımdır”.
Qeyd edək ki, “Mançester Siti” 2009-2018-ci illərdə maliyyə qaydalarını pozmaqda ittiham olunur. 2023-cü ildə Premyer Liqa kluba 115 ittiham irəli sürüb. 2026-cı ilin sentyabrında müstəqil komissiya klubu 114 bənd üzrə təqsirli bilib və klub qərardan apellyasiya şikayəti verib.
No Comment! Be the first one.