Hakan Fidan Azərbaycana rəsmi səfərə gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfər edəcək.
hadiseler.info xəbər verir ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq.
Məlumata görə, türkiyəli nazir Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul olunması da gözlənilir.
No Comment! Be the first one.