Hikmət Hacıyevin Xankəndidə yüksək bal toplayan tələbələrlə söhbəti – Video
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetində tələbələrlə bir araya gəlib.
hadiseler.info xəbər verir ki, Hikmət Hacıyev ali məktəbin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayaraq qəbul olunmuş gənclərlə həmsöhbət olub. Prezidentin köməkçisi yüksək nəticə göstərən tələbələri qazandıqları uğur münasibətilə təbrik edib və onlara təhsil həyatında nailiyyətlər arzulayıb.
Görüşdən ətraflı görüntüləri təqdim olunan videodan izləyə bilərsiniz.
No Comment! Be the first one.