Hindistanda təyyarə qəzası: Pilot həlak oldu
Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Kanpur şəhəri yaxınlığında ikinefərlik təlim-məşq təyyarəsi qəzaya uğrayıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin bir pilotu həlak olub, digər pilot isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Təyyarənin qəzaya uğrama səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır
No Comment! Be the first one.