Hokins “Neftçi”də
“Neftçi” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
hadiseler.info xəbər verir ki, paytaxt təmsilçisi amerikalı oyunqurucu Elayca Hokinsi heyətinə qatıb.
24 yaşlı, 180 santimetr boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, E.Hokins “Neftçi”yə transfer olunmazdan əvvəl Macarıstanın “Atomeromu” komandasının formasını geyinib.
No Comment! Be the first one.