İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına və Bakıda bu idman növü üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirib. Prezident cüdonun ölkəmizdə ən çox medal gətirən idman növlərindən biri olduğunu və idmançılarımızın uğurlarında bölgələrdə yaradılan müasir infrastrukturların böyük rol oynadığını diqqətə çatdırıb.
Ladislau-Marius Vizer göstərilən diqqətə və Bakıda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlət başçısına təşəkkürünü bildirərək cüdoçularımızın qazandıqları nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Görüşdə Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında uğurlu əməkdaşlığın gələcək perspektivləri ətraflı müzakirə olunub.
Sonda Prezident İlham Əliyev cüdo idman növünün inkişafındakı xidmətlərinə görə Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim edib.









No Comment! Be the first one.