İlham Əliyev: “Hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qazandığı tarixi Qələbədən və ölkə vətəndaşlarının dövləti ilə qürur duymasından söhbət açıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı qazanılan Zəfərin miqyasına toxunaraq Azərbaycanın heç kimdən asılı olmadan, öz gücü ilə böyük uğura imza tdiyini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında bildirib:
“Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”.
No Comment! Be the first one.