İran Ordusundan sərt bəyanat: “20 nəsil döyüşməyə hazırıq”
İran hakimiyyəti ölkənin xarici güclərin planları və avantürası üçün sınaq meydançasına çevrilməsinə qətiyyən icazə verməyəcək.
hadiseler.info xəbər verir ki, bu barədə İran ordusunun komandanı Əmir Hatəmi bəyanatla çıxış edib.
O bildirib ki, İslam Respublikası öz maraqları və müstəqilliyi uğrunda daha 20 nəsil mübarizə aparmağa hazırdır:
“Düşmən bilməlidir ki, İran onların planları üçün poliqona çevrilməyəcək. Silahlı qüvvələrimiz istənilən təcavüzə dərhal cavab verəcək, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qətiyyətlə qoruyacaq”.
Hatəmi vurğulayıb ki, kənar güclərin gəlib ölkənin xəritəsini dəyişdirmək iddiaları puçdur:
“Biz on nəsil, iyirmi nəsil döyüşəcəyik və buna asla imkan verməyəcəyik. Düşmənə başa salmalıyıq ki, güc dili ilə öz istədiklərinə nail ola bilməyəcəklər”.
No Comment! Be the first one.