İranda milyardlarla dollar dəyərində yeni qaz yatağı kəşf edildi
İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gəlir gətirə biləcək böyük qaz yatağı kəşf olunub.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin neft naziri Möhsün Paknejad məlumat verib.
Nazirin sözlərinə görə, “Taxta” yatağındakı qaz ehtiyatı az kükürdlü olduğu üçün onun hasilatı və istismarı daha az xərc tələb edəcək.
İlkin qiymətləndirmələrə görə, yataqda 212 milyard kubmetr qaz mövcuddur və bunun 161 milyard kubmetrinin hasil edilməsi mümkündür. Bu göstərici “Cənubi Pars” yatağındakı bir fazanın təxminən 15 illik hasilatına bərabərdir. Möhsün Paknejad həmçinin ərazidə on milyardlarla dollar dəyərində zəngin qaz kondensatı ehtiyatlarının da aşkarlandığını vurğulayıb.
No Comment! Be the first one.