İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı
Türkiyənin Ankara, İstanbul və Mersin şəhərlərində keçirilən xüsusi antiterror əməliyyatları nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə və təşkilatı maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata əsasən, Ankarada İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən 16 nəfərə qarşı əməliyyat keçirilib və nəticədə onların 14-ü qanunvericiliyə uyğun olaraq saxlanılıb.
Eyni zamanda İstanbul və Mersin şəhərlərində həyata keçirilən paralel əməliyyatlar zamanı terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinən daha 7 nəfər ələ keçirilib. Saxlanılan şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.