İspaniyada minlərlə insan miqrant böhranına görə küçələrə axışdı-VİDEO
İspaniyanın Şimali Afrikadakı anklavı Seutada yaşanan kütləvi miqrant böhranından sonra ölkə miqyasında hökumətə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.
hadiseler.info xəbər verir ki, Madrid də daxil olmaqla bir çox böyük şəhərlərdə Bələdiyyələr Federasiyasının çağırışı ilə minlərlə insan küçələrə axışaraq miqrasiya siyasətinə etirazını bildirib. Müxalif Xalq Partiyası (PP) və “Vox” tərəfindən dəstəklənən aksiyalarda nümayişçilər İspaniya bayraqları ilə “Hökumət istefa versin” şüarları səsləndiriblər.
Aksiyalar İyul ayının sonunda Mərakeşdən Seutaya 70 minə yaxın qeyri-qanuni miqrantın keçməyə cəhd etməsi və 88 nəfərin ölümü ilə nəticələnən hadisələrdən sonra yenidən alovlanıb. PP lideri Alberto Nunes Feyxoo Baş nazir Pedro Sançesi təhlükəsizliyi və ərazi bütövlüyünü qorumamaqda ittiham edərək növbədənkənar seçkilər tələb edib. “Vox” lideri Santyaqo Abaskal da hökuməti Mərakeş maraqlarına xidmət etməkdə təqsirləndirib.
No Comment! Be the first one.