Zaxarova: “Ermənistan Rusiya ilə viza rejimi tətbiq etsə, özünə zərər verəcək”
Ermənistanın Rusiya ilə viza rejimi tətbiq edəcəyi təqdirdə, bu qərar ilk növbədə Ermənistanın özünə və onun vətəndaşlarına zərər vuracaq.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Zaxarova vurğulayıb ki, İrəvan belə bir addım atarsa, bu, Rusiyaya qarşı deyil, məhz Ermənistan vətəndaşlarına qarşı yönəlmiş qərar olacaq. Rusiya XİN rəsmisi əlavə edib ki, ehtimal olunan viza rejimi Ermənistanda çoxsaylı qohumları yaşayan Rusiya vətəndaşlarının da gediş-gəlişinə və əlaqələrinə mənfi təsir göstərəcək.
No Comment! Be the first one.