İsrail ordusundan növbəti əməliyyat: “Hizbullah”ın komandiri məhv edildi
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Deyr əz-Zəhrani ərazisində keçirilən xüsusi əməliyyat zamanı “Hizbullah” qruplaşmasının “Bəddər” bölməsinin yüksəkrütbəli komandiri Əbu Həsən Əlanı zərərsizləşdirdiyini bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Əbu Həsən Əla Livanın cənubunda İsrail hərbçilərinə qarşı təşkil edilən hücumların, o cümlədən PUA zərbələrinin idarə olunmasında birbaşa iştirak edib. İsrail tərəfi onun zərərsizləşdirilməsinin qruplaşmanın komandanlıq imkanlarına ciddi zərbə vurduğunu bildirib.
İsrail ordusu mülki şəxslərə və hərbçilərə yönəlmiş təhdidlərə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb.
No Comment! Be the first one.