İsrail Qəzza ilə bağlı yayılan xəbərləri təkzib etdi
İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası Qəzza zolağı ilə bağlı yayılan iddialara reaksiyasını bildirib.
hadiseler.info xəbər verir ki, hökumət başçısının ofisi tərəfindən yayılan bəyanatda bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verilməsi barədə məlumatlar təkzib olunub.
Rəsmi bəyanatda vurğulanıb ki, siyasi rəhbərlik beynəlxalq hərbi birləşmələrin Qəzzaya gətirilməsinə heç bir icazə verməyib. Bununla yanaşı, HƏMAS tam şəkildə tərk-silah olunmayacağı təqdirdə bölgədə heç bir bərpa və yenidənqurma işlərinin aparılmayacağı qeyd edilib.
No Comment! Be the first one.