İstanbulda 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı — VİDEO
Türkiyənin İstanbul şəhərində orta məktəbdə dəhşətli bıçaqlanma hadisəsi baş verib.
hadiseler.info NTV-ə istinadən xəbər verir ki, hadisə Başakşehir rayonundakı Şeyh Şamil İmam Hatip orta məktəbində qeydə alınıb.
Məlumata görə, təhsil müəssisəsinin ərazisinə bıçaqla daxil olan 10-cu sinif şagirdi — 15 yaşlı qız arxasınca binaya girən məktəblilərə hücum edib. Hücum nəticəsində 8 şagird müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Məktəbin qadın mühafizəçisinin cəld müdaxiləsi və hücum edənin qolundan tutaraq onu zərərsizləşdirməsi daha böyük faciənin qarşısını alıb. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım heyəti cəlb olunub və yaralılar xəstəxanaya yerləşdirilib. Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) dəhşətli insidentlə bağlı yayım qadağası tətbiq edib.
Hücumun səbəbləri hələlik bəlli deyil, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.