İstanbulda iki tramvay toqquşdu: 9 nəfər xəsarət aldı- VİDEO
Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki tramvayın toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
hadiseler.info TRT Haber-ə istinadən xəbər verir ki, qəzadan dərhal sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xəsarət alan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
No Comment! Be the first one.