İsveçdə dəhşətli olay: Məktəbdə insanlara qılıncla hücum edildi
İsveçin mərkəzi hissəsində yerləşən Fagersta bölgəsindəki məktəblərdən birində silahlı insident baş verib.
hadiseler.info xəbər verir ki, naməlum şəxs məktəb ərazisində insanlara qılıncla hücum edib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir, lakin dəqiq xəsarət alanların sayı hələlik açıqlanmayıb.
Hücumu törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində polis ətraf ərazidə yerləşən daha 8 məktəbi nəzarətə götürüb.
Faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
No Comment! Be the first one.