İti hündürmərtəbəli binadan aşağı atdı – Məsuliyyətə cəlb olundu
Bakının Qaradağ rayonunda heyvana karşı amansız zorakılıq törədən şəxs aşkar edilərək məsuliyyətə cəlb olunub.
hadiseler.info xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Videoda bir itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.
Daxil olan məlumata əsasən, faktla bağlı polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. Keçirilən tədbirlər nəticəsində Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyən edilib və barəsində qanunla nəzərdə tutulmuş müvafiq məsuliyyət tədbirləri görülüb.
No Comment! Be the first one.