Kabarda-Balkarda dəhşətli qar uçqunu: Ölənlərin sayı 11-ə çatdı – VİDEO
Rusiyanın Kabarda-Balkar Respublikasının dağlıq ərazisində baş verən güclü qar uçqunu nəticəsində tələfatın sayı kəskin artıb.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, fəlakət anında ərazidə olan 33 nəfərlik alpinist qrupundan 10 nəfər sərbəst şəkildə aşağı enməyi bacarıb. Uçqun nəticəsində ağır xəsarətlər alan 11 nəfər dünyasını dəyişib, yaralanan 6 alpinist isə dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda taleyi naməlum qalan daha 6 alpinistin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən səhlənkarlıq maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
No Comment! Be the first one.