Kamçatkada fövqəladə vəziyyət elan edildi
Rusiyanın Kamçatka yarımadasında güclü yağışların yaratdığı fəsadlar səbəbindən Ust-Kamçatski rayonu ərazisində fövqəladə vəziyyət rejim tətbiq edilib.
hadiseler.info xəbər verir ki, Studenaya çayının məcrasından çıxması nəticəsində magistral yolun 176–178-ci kilometrlik hissəsi tamamilə yuyularaq sıradan çıxıb. Hadisə nəticəsində Tolbaçik vulkanı yaxınlığında olan 100-ə yaxın turist nəqliyyat əlaqəsi kəsildiyi üçün ərazidə köməksiz vəziyyətdə qalıb.
Bölgə hökumətinin məlumatına görə, avtomobil yolundakı məhdudiyyətlər uzadılıb və hazırda xüsusi xidmət əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Təhlükəli zonada mahsur qalanlar arasında Azərbaycan vətəndaşı Tatyana Dolivetsin də olduğu bildirilir.
No Comment! Be the first one.