Karib dənizində narkotik daşıyan kater vuruldu: 4 ölü- VİDEO
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Karib dənizində narkotik maddələrin qanunsuz daşınmasında istifadə olunan sürət katerinə növbəti hərbi zərbə endirib.
hadiseler.info xəbər verir ki, avqustun 25-də həyata keçirilən əməliyyat nəticəsində 4 nəfər həlak olub. Qurumun bəyanatına əsasən, bu əməliyyat dəqiq təsdiqlənmiş kəşfiyyat məlumatları əsasında reallaşdırılıb.
ABŞ mediasının verdiyi məlumata görə, 2025-ci ilin payızından etibarən şübhəli narkotik daşıyıcılarının katerlərinə qarşı başlanan müntəzəm hərbi hücumlar nəticəsində indiyədək 220-dən çox insan həyatını itirib.
No Comment! Be the first one.