“Karvan-Yevlax”dan yeni transfer: Portuqaliyalı futbolçu Yevlaxda
“Karvan-Yevlax” komandası yeni mövsüm öncəsi heyətini növbəti legionerlə gücləndirib.
hadiseler.info xəbər verir ki, Yevlax təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Onyekachi Silas Eze ilə rəsmi müqavilə imzalayıb. Razılaşmaya əsasən, 30 yaşlı futbolçu mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
Təcrübəli oyunçu karyerası ərzində Portuqaliyanın “Boavişta”, “Jil Visente”, “Paredes”, “Marinhense”, “Varzim”, eləcə də Çexiyanın “Znojmo” klublarında çıxış edib.
No Comment! Be the first one.