Keniyada zəncirvari qəza baş verib: 17 ölü- VİDEO
Keniyada bir neçə avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nayrobi – Mombasa magistral yolunun Mlima-Kiu ərazisində qeydə alınıb.
Polisin verdiyi məlumata görə, ötürmə əməliyyatı etmək istəyən yük maşınının sürücüsü eyni istiqamətdə hərəkət edən fura dəyib, daha sonra idarəetməni itirərək əks tərəfdən gələn iki minik avtomobilinə çırpılıb. İdarəolunmaz vəziyyətə düşən nəqliyyat vasitəsi əlavə zolağa çıxaraq mikroavtobusla üzbəüz toqquşub və daha bir yük maşınına çırpılıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü və göyərtəsindəki 12 sərnişinin tamamı hadisə yerindəcə dünyasını dəyişib. Ümumilikdə faciədə 17 nəfər həyatını itirib. Qəzanın səbəbkarı olan yük maşınının sürücüsü də ölənlər arasındadır.
Faktla bağlı polis tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.