Kiyev yaxınlığında “Roshen” anbarı məhv edilib-VİDEO
Ukraynanın “Roshen” korporasiyası Kiyev vilayətinin Çubınskoye kəndində yerləşən iri anbar kompleksi və logistika mərkəzinin Rusiya silahlı qüvvələrinin kütləvi hücumu nəticəsində tamamilə dağıdıldığını təsdiqləyib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı hazır şirniyyat məhsullarının saxlanıldığı əsas anbar sahəsi sıradan çıxıb. Hücum vaxtı işçilərin sığınacaqlarda olması səbəbindən insan tələfatı və ya yaralanma halları qeydə alınmayıb.
Monitorinq kanallarının və yerli mənbələrin verdiyi məlumata görə, həmin gecə Rusiya ordusu Kiyev vilayətindəki digər logistika komplekslərinə, iri anbarlara və supermarket şəbəkələrinin infrastruktur obyektlərinə də kütləvi zərbələr endirib.
No Comment! Be the first one.