Konqoda gəmilər toqquşdu: 30 nəfər həlak oldu
Konqonun şimal-qərbində iki gəminin toqquşması nəticəsində insan tələfatı ilə nəticələnən ağır dəniz qəzası baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Qəza nəticəsində 30 nəfər həyatını itirib, 10 nəfər itkin düşüb, 57 nəfər isə xilas edilib. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Məlumata görə, gəmilərdən biri Businga şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan Lukolelaya gedirmiş. Onlardan birində 163 nəfərin olduğu bildirilir. İkinci gəmidə neçə sərnişinin olması barədə hələ ki dəqiq məlumat verilməyib.
No Comment! Be the first one.