“Kəpəz” “Turan Tovuz” oyunu ilə bağlı cərimələndi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının III turunda baş tutan “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında baş verənlərlə bağlı qərar qəbul edib.
hadiseler.info xəbər verir ki, Gəncə təmsilçisi bir neçə qayda pozuntusuna görə ümumilikdə 6 200 manat məbləğində cərimələnib.
Belə ki, oyunda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.Qarşılaşma başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması kluba daha 2 500 manat cərimə bahasına başa gəlib.Bundan başqa, meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi səbəbilə “Kəpəz” 3 000 manat cərimələnib.
Qeyd edək ki, “Qəbələ” – “Şamaxı” matçından sonra da meydana kənar şəxsin daxil olması səbəbilə “Qəbələ” klubu 2 500 manat məbləğində cərimələnib.
No Comment! Be the first one.