Leyla Əliyeva sərgidə iştirak edib – FOTOLAR
Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda (Vatikan) “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi keçirilib.
hadiseler.info xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Açılış mərasimində Vatikan qubernatorluğunun prezidenti Raffaella Petrini, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Vatikan Muzeylərinin direktoru Barbara Yatta və Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək sərginin dinlərarası dialoq, sülh və mədəni diplomatiyadakı rolunu vurğulayıblar. 28 qadın sənətkarın 8 illik zəhməti nəticəsində ərsəyə gələn unikal triptix xalça nümunələri Vatikan Muzeylərinin Anima Mundi (“Dünyanın ruhu”) bölməsində nümayiş olunur.
Tədbirin sonunda qonaqlar insanlığın sülh, mərhəmət və ədalət kimi ortaq dəyərlərini təcəssüm etdirən eksponatlarla tanış olublar.




No Comment! Be the first one.