Litvada nəhəng sintetik narkotik laboratoriyası aşkar edildi
Litva hüquq-mühafizə orqanları Vilnüs bölgəsində sənaye miqyasında fəaliyyət göstərən nəhəng sintetik narkotik laboratoriyasını ifşa ediblər.
hadiseler.info xəbər verir ki, bu barədə Litva Cinayət Polisi Bürosu rəsmi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu obyekt indiyədək Baltikyanı ölkələr ərazisində aşkar edilən ən böyük sintetik narkotik laboratoriyası hesab olunur. Məlum olub ki, laboratoriyada yüzlərlə kiloqram amfetamin, metamfetamin və digər təhlükəli psixotrop maddələr istehsal edilib.
Xüsusi əməliyyat nəticəsində ələ keçirilən laboratoriyanın tam gücü ilə fəaliyyətini davam etdirəcəyi təqdirdə ümumilikdə 4 milyona yaxın doza narkotik vasitə istehsal edə biləcəyi vurğulanıb.
Əldə edilən məlumatlara görə, hazırlanan narkotik maddələrin Hollandiya, Çexiya, Belçika və digər Avropa ölkələrinə daşınaraq qanunsuz satışı nəzərdə tutulurmuş. Faktla bağlı genişmiqyaslı beynəlxalq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
No Comment! Be the first one.