Los-Ancelesdə telekanalın helikopteri qəzaya uğradı – VİDEO
ABŞ-nin Los-Anceles şəhərində NBC4 telekanalına məxsus helikopterin qəzaya uğraması nəticəsində ən azı üç nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
hadiseler.info xəbər verir ki, bu barədə NYP və “CBS News” məlumat yayıb. Qəza media əməkdaşlarının avtobusun iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsini canlı yayımda işıqlandırdığı anlarda baş verib.
Los-Ancelesin yanğından mühafizə xidmətinin məlumatına görə, həyatını itirənlərdən birinin helikopterdə olmayan piyada olduğu ehtimal olunur. Hadisə zamanı ağır xəsarət alan bir nəfər isə dərhal xəstəxanaya yerləşdirilib. Live efir vaxtı çəkiliş heyəti ilə əlaqənin kəsildiyini elan edən NBC4 aparıcısı Kollin Uilyams göz yaşlarını saxlaya bilməyib.
Sentyabrın 15-də qeydə alınan faciənin dəqiq başvermə səbəbləri hələlik müəyyən edilməyib, faktla bağlı araşdırmalar aparılır.
No Comment! Be the first one.