Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Cəmiyyət

Məktəb bufetlərində kütləvi zəhərlənmələrin səbəbi nədir, qarşısı necə alınmalıdır?

Oktyabr 2, 2026
101 Views

Son günlər ölkənin müxtəlif təhsil müəssisələrində şagirdlər arasında kütləvi qida zəhərlənməsi hallarının artması ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məktəblilərin dərs zamanı bufetlərdən aldıqları bişmiş məhsullar, qəlyanaltılar və içkilərdən zəhərlənməsi məsələnin neçə dərin olduğunu bir daha ortaya qoyur. Uşaqların kütləvi şəkildə xəstəxanalara müraciət etməsi fonunda ən çox verilən suallar isə bunlardır: Bu zəhərlənmələrin əsl səbəbi nədir, onların qarşısı necə alınmalıdır və valideynlər övladlarının sağlamlığı üçün nələrə diqqət yetirməlidirlər?  

Analitiklərin fikrincə, əsas problem məktəb bufetlərində saxlanma şəraitinin düzgün təşkil olunmaması, təmizlik qaydalarına riayət edilməməsi və təchizatçı şirkətlərin fəaliyyətinə yetərincə nəzarət olunmamasıdır. Valideynlər isə övladlarının gün ərzində nə ilə qidalandığına daha diqqətli olmalı, onları bilinməyən və şübhəli bufet qidalarından uzaq tutmağa çalışmalıdırlar.

Məsələ ilə bağlı hadiseler.info-ya müsahibə verən qida mütəxəssisi Məhsəti Hüseynova bunları qeyd edib:

“Məktəb bufetlərində müxtəlif bişmiş məhsullar, peraşkilər və digər qidalar da hazırlanır. Bu məhsullarla bağlı da mütəmadi nəzarət həyata keçirilməlidir.

Çox təəssüflər olsun ki, bu gün məktəblərin bufetlərində bir özbaşınalıq hökm sürür. Bu özbaşınalığın nəticəsidir ki, uşaqlar hansısa məhsuldan zəhərlənib.

Təhsil ocaqlarının özündə yetərincə işçi var və güclü nəzarət mexanizmi yaradılmalıdır.

Təəssüflər olsun ki, məktəb direktorları da bu məsələdən xəbərdardırlar və nə baş verirsə, onların birbaşa nəzarəti çərçivəsində həyata keçirilir. Bufeti işlədən adamın, həmin səlahiyyətli şəxsin hansı iş prinsipi ilə işlədiyi, necə işlədiyi və məhsulu haradan aldığı da araşdırılmalıdır. Məhsulun saxlanma şəraiti də yoxlanılmalıdır. Həmin şirkətin özü də araşdırılmalıdır. Həmin tenderin qalibi, təchizatçı şirkət və onun fəaliyyəti də araşdırılmalıdır.

Şagirdlərin, məktəblilərin sağlamlığını qorumaq üçün mütləq şəkildə səhər yeməyində daha çox zülal tərkibli qidalar qəbul etsinlər ki, bunların tərkibinə yumurta, süd məhsullarından olan süd, qatıq, pendir, yağ, qaymaq – bu kimi məhsulları əlavə etsinlər.

İçki olaraq yaxşı olar ki, daha çox sudan istifadə etsinlər. Su insan orqanizmində həm toksinlərin atılmasında, həm qəbul olunan qidaların parçalanmasında çox mühüm rol oynayır. Qazlı, rəngli, şəkərli içkilər qəbul etdikdə gün ərzində həddindən artıq şəkər qəbul etdiyinə görə qanda şəkər miqdarının sürətlə artmasına və sürətlə aşağı düşməsinə səbəb olduğundan daim ac hiss eləyir və zərərli qidaları daha çox qəbul etməsinə gətirib çıxardır. Ona görə bu kimi şəkərli, qazlı, rəngli içkilərdən uzaq durmaları tövsiyə olunur”

Ekspertin də vurğuladığı kimi, məktəblərdə “güclü nəzarət mexanizmi yaradılmalıdır” və bu istiqamətdə istər məktəb rəhbərliyi, istərsə də aidiyyəti qurumlar təxirəsalınmaz addımlar atmalıdırlar. Uşaqların sağlamlığı hər bir kommersiya marağından üstün tutulmalı, bufetlərin təchizatından saxlanma şəraitinə kadar bütün mərhələlər ciddi audit olunmalıdır. Ailələr isə övladlarını daha sağlam qidalanma vərdişlərinə yönəltməklə bu təhlükələrdən qorumalıdırlar.

Tags:

#HadiselerInfo#MəhsətiHüseynova#Məktəb#MəktəbBufeti#QidaTəhlükəsizliyi#Zəhərlənmə

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Yük maşını ilə toqquşan avtomobil qəlpələrə ayrıldı — Eyni ailədən 3 ölü, 1 yaralı

Next

Bakıda köşk yandı,1 nəfər həlak oldu

Next
Oktyabr 3, 2026

Bakıda köşk yandı,1 nəfər həlak oldu

Previous
Oktyabr 2, 2026

Yük maşını ilə toqquşan avtomobil qəlpələrə ayrıldı — Eyni ailədən 3 ölü, 1 yaralı

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ayla
Noyabr 8, 2026
Siyasət
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Ayla
Noyabr 8, 2026
Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya