Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Azərbaycanda ümumi təhsil müəssisələrində direktorların və idarəçilərin işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyanın “Pressinq” verilişində məlumat verib.
Eşqi Bağırov təhsil sahəsindəki yeniliklər və gözlənilən hədəflərlə bağlı növbəti məqamları vurğulayıb:
Məktəbəhazırlıq xidməti: Ölkə üzrə 100 mindən çox (5 yaşlı uşaqların 93 faizi) uşaq üçün məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Ucqar kəndlərdə bu uşaqlar üçün 34 minə yaxın yer ayrılıb.
Məktəbəqədər təhsildə hədəflər: Əhatəliliyin artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlığının yüksəldilməsi və onların əməyinin stimullaşdırılması ön planda olacaq.
Ümumi təhsildə yeniliklər: Təhsil proqramları və məzmun dəyişdiriləcək, müəllimlərin seçimi, sertifikatlaşdırılması və peşəkarlığının artırılması əsas istiqamət olacaq.
İdarəetmənin təkmilləşdirilməsi: Ümumi təhsil müəssisələrində direktorların və digər idarəçilərin formalaşdırılması, eləcə də onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi həyata keçiriləcək.
No Comment! Be the first one.