M6 nömrəli ekspres avtobusun marşrutu uzadılır — “Koroğlu”ya qədər hərəkət edəcək
Vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınaraq M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilib.
hadiseler.info Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq məqsədilə avqustun 24-dən marşrut xətti uzadılır.
Yeniliyə əsasən, M6 ekspres avtobusları “Nizami” metrostansiyasından keçərək orada dayanacaq və son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası olacaq. Beləliklə, M6 marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını bir-biri ilə əlaqələndirəcək.
No Comment! Be the first one.