Mappen-Uolter vəfat etdi
İngiltərənin “Mançester Siti” klubunun sabiq futbolçusu Kortni Mappen-Uolter 33 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin daha əvvəl formasını geyindiyi İngiltərənin “Böri” klubu məlumat yayıb.
Futbolçunun ölüm səbəbi haqqında rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Mappen-Uolter İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, 2013-cü ilə qədər “Mançester Siti”nin gənclər komandasında çıxış edib, ötən il isə peşəkar karyerasını başa vurub.
No Comment! Be the first one.