Messi milli komandanı tərk edir?-AÇIQLAMA
Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Lionel Messinin milli komandadakı gələcəyi və karyerasını başa vurmaq ehtimalı ilə bağlı açıqlama verib. Hadisələr.info xarici KİV-ə istinadən xəbər verir ki, AFA rəhbəri argentinalı ulduzun milli komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı qərarın yalnız onun özünə aid olduğunu bildirib.
AFA rəhbəri Klaudio Tapia çıxışında vurğulayıb: “Bu, sırf onun şəxsi qərarıdır. Biz onu rahat buraxmalıyq. 2022-ci ildə onun 2026-cı ildə oynayıb-oynamayacağını bilmirdik. O demişdi ki, matçdan-matça irəliləmək lazımdır. Düşünürəm ki, dünya çempionatında biz Leonun əla, hətta ən yaxşı versiyalarından birini gördük”.
Çünki 39 yaşlı ulduz futbolçunun milli komandadakı fəaliyyətini nə zaman sonlandıracağı azarkeşlər və idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. Həmçinin federasiya rəhbərliyi futbolçuya təzyiq göstərmədən müstəqil qərar verməsinə şərait yaratmağı hədəfləyir.
Tapia: “O, bu komandanın əsl lideri idi”
AFA prezidenti Messinin futboldan zövq almağa davam etməsinin vacibliyini qeyd edərək əlavə edib: “Biz ona futboldan zövq almağa davam etməyə imkan verməliyik. Daha sonra isə ona özü üçün doğru hesab etdiyi qərarı vermək imkanı yaratmalıyıq”.
No Comment! Be the first one.