MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri bəlli olub.
hadiseler.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumata görə, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş seçimlərdə 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq hüququ əldə edib.
Uğur qazanmış şəxslər 10 sentyabr saat 18:00-dək tələb olunan sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti
Əmək kitabçasının əsli (olduğu təqdirdə)
3×4 formatında 4 ədəd fotoşəkil
Sağlamlıq haqqında arayış
Kadrlar uçotunun şəxsi vərəqəsi
Şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış
Sənədlər təqdim edildikdən sonra çıxarışı təsdiqlənən namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini verdikdən sonra şəxsi kabinetlərinə daxil olaraq çıxarışın təsdiqlənməsini yoxlamaq tövsiyə olunur.
No Comment! Be the first one.