Naxçıvanda 518 mənzillik yeni yaşayış kompleksi tikiləcək – TƏFƏRRÜATLAR
Naxçıvan şəhərində 5 hektara yaxın ərazidə 16 çoxmənzilli yaşayış binasının inşası nəzərdə tutulur.
hadiseler.info xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məlumat yayıb.
Bildirilib ki, güzəştli mənzillərin tikintisi üçün ayrılan ərazidə 6 və 7 mərtəbəli binalar ucaldılacaq. Kompleksdə ümumilikdə 518 mənzil yer alacaq:
93 birotaqlı;
37 ikiotaqlı;
351 üçotaqlı;
37 dördotaqlı.
MİDA-nın məlumatına görə, yaşayış kompleksində uşaq bağçası, iaşə obyektləri, müasir kommunal-sosial infrastruktur, geniş həyət, avtomobil yolları və səkilər salınacaq, abadlıq-yaşıllaşdırma işləri aparılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzilli sosial evlər kompleksinin təməlini qoyub.
No Comment! Be the first one.