“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
“Neftçi” futbol klubu hücumçusu Alessio Kurçi ilə müqaviləni vaxtından əvvəl sonlandırıb.
hadiseler.info xəbər verir ki, paytaxt təmsilçisi lüksemburqlu futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Ötən ilin yayında “Neftçi”yə transfer olunan hücumçu komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb. A.Kurçi bu qarşılaşmalarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
No Comment! Be the first one.