Dünya Qadın Seriyası: “Neftçi SOCAR” Kanadaya məğlub olaraq mübarizəni dayandırdı
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni başa vurub.
hadiseler.info xəbər verir ki, Bakı klubu turnirin yarımfinal mərhələsində Kanada millisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 22:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi SOCAR” bundan əvvəl 1/4 final mərhələsində Tailand seçməsini 19:12 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
No Comment! Be the first one.