Nepalda 11 gün sonra daha bir möcüzə: Daha bir nəfər sağ çıxarıldı – VİDEO
Nepalda avqustun 26-da başlayan dəhşətli daşqınlardan sonra bölgədə axtarış-xilasetmə işləri 11-ci gündür ki, davam edir.
hadiseler.info xəbər verir ki, Rasuva dairəsində inşası davam edən “Upper Trişuli” su elektrik stansiyasının tunelində xilasedicilər daha bir şəxsi sağ tapmağa müvəffəq olublar.
Nepal ordusunun “X” sosial şəbəkəsində yaydığı məlumata və görüntülərə əsasən, xilas edilən şəxs əcnəbi vətəndaşdır. Geyiminə görə onun hidroelektrik stansiyasında çalışan fəhlələrdən biri olduğu ehtimal olunur. Hərbçilərin köməyi ilə tuneldən çıxarılan şəxsə yerindəcə yardım göstərilib.
Qeyd edək ki, Bhote-Koşi çayında baş verən dağıdıcı sel və daşqınlar bölgədə kütləvi dağıntılara səbəb olub.
No Comment! Be the first one.