Neymar zədələndi – Klubu rəsmi açıqlama yaydı
Braziliya milli komandasının tarixinin ən məhsuldar hücumçusu, “Santos”un ulduz futbolçusu Neymar növbəti dəfə zədə problemi ilə üzləşib.
hadiseler.info xəbər verir ki, 34 yaşlı hücumçu Braziliya Kubokunun dörddəbir final mərhələsində “Palmeyras”la keçirilən cavab oyununda (0:0) sağ budundan xəsarət alıb. Sentyabrın 3-də baş tutan qarşılaşmanın fasiləsində futbolçu əvəzlənmək məcburiyyətində qalıb.
Braziliya klubunun mətbuat xidmətinin “X” sosial şəbəkə hesabında verdiyi məlumata görə, bu cür zədələrin bərpa prosesi adətən 4 həftədən 8 həftəyə qədər vaxt aparır.
Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlər daxil olmaqla 24 oyunda meydana çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
No Comment! Be the first one.