Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu – Yaralılar var
Niderlandın Ermelo şəhərində sərnişin qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Omroep Gelderland” telekanalı məlumat yayıb.
Məlumata görə, təxminən 150 sərnişin daşıyan qatar dəmir yolu keçidində iri beton bloklar aparan yük maşını ilə toqquşub. Qəza yerli vaxtla saat 10:00 radələrində qeydə alınıb.
Hadisə nəticəsində ən azı üç nəfər — iki qatar sərnişini və yük maşınının sürücüsü xəsarət alıb. Ağır yaralanan sürücü xəstəxanaya yerləşdirilib. Toqquşmanın ardınca sərnişinlər təhlükəsiz şəkildə qatardan təxliyə ediliblər.
Qəza səbəbindən Amersfoort və Zwolle şəhərləri arasında qatarların hərəkəti ən azı günün sonunadək dayandırılıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
No Comment! Be the first one.