Nigeriyada 37 nəfər şübhəli şəkildə öldü
Nigeriyanın Niger ştatında qanunsuz mədənçilikdə şübhəli bilinərək saxlanılan 37 nəfər nəzarət altında olarkən müəmmalı şəkildə həyatını itirib.
hadiseler.info xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ölümün dəqiq səbəbi hələ ki məlum deyil. İlkin ehtimallara görə, saxlanılan şəxslərin ölümünə qurğuşun zəhərlənməsi və ya boğulma səbəb ola bilər. Cəsədlər səbəblərin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib, faktla bağlı istintaq davam etdirilir.
No Comment! Be the first one.