Nikol Paşinyan saxlanılan Azərbaycan hərbçisindən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçdikdən sonra saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin taleyi ilə bağlı bəyanat verib.
hadiseler.info xəbər verir ki, N.Paşinyan hərbçinin hələlik Ermənistanda qalacağını bildirib. O qeyd edib ki, Nəsimi Musayevə qarşı qaldırılan cinayət işi üzrə istintaq davam edir və o, hazırda həbsdədir.
Mümkün hərbi qulluqçu mübadiləsi məsələsinə toxunan baş nazir konkret cavab verməkdən yayınaraq, gələcəkdə Ermənistan hərbçisinin sərhədi keçəcəyi təqdirdə belə bir mexanizmin problemlər yarada biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistan ərazisində saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.