Nyu-Yorkda ildırım vuran şəxs möcüzə nəticəsində sağ qaldı- VİDEO
ABŞ-nin Nyu-York şəhərinin Steyten-Aylend rayonunda yerli sakin Tomas Fahmi elektrik yükünün hədəfi olsa da, möcüzəvi şəkildə həyatda qalıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, insident Tomas Fahminin öz avtomobilindən cəmi beş metr aralıda olduğu an baş verib.
Zərbədən yerə yıxıldığını bildirən zərərçəkən ayaqlarında şiddətli göynəmə, qıcolma və dözülməz ağrı hiss etdiyini deyib. Xəsarətlərinə baxmayaraq, o, böyük iradə nümayiş etdirərək ayağa qalxmağı və kömək istəmək üçün müstəqil şəkildə yaxınlıqdakı evə qədər yürüməyi bacarıb.
No Comment! Be the first one.