Oğlunun itkisindən 19 gün sonra vəfat etdi
Bərdə rayonunda yaşayan İsmayılovlar ailəsində ard-arda iki ağır itki baş verib.
hadiseler.info xəbər verir ki, avqustun 16-da ürəktutmasından qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri, 41 yaşlı Nicat İsmayılovun atası Əli İsmayılov da dünyasını dəyişib.
Bərdə şəhər sakini olan Əli İsmayılov oğlunun vəfatından 19 gün sonra, oxşar şəkildə qəfil həyatını itirib.
No Comment! Be the first one.