Oktyabrın 11-də hava şəraiti necə olacaq?
Milli Hidrometeorologiya Xidməti oktyabrın 11-nə gözlənilən hava proqnozunu təqdim edib.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında şimal-qərb küləyi əsəcək, gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16–19° isti, gündüz 20–24° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75%, gündüz 50–55% olacaq.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahid olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13–17° isti, gündüz 20–25° isti, dağlıq ərazilərdə isə gecə 2–7° isti, gündüz 10–15° isti olacaq.
No Comment! Be the first one.