Ölkəmizdə ən gənc general-leytenant: 38 yaşlı Babək Ələkbərov tarixdə ilk oldu
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib. Rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusilə diqqət çəkir.
hadiseler.info xəbər verir ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ölkəmizdə ən gənc yaşda general-leytenant rütbəsi alan zabit olub. Azərbaycanın hərb tarixində daha əvvəl 39 yaşında bu ali rütbəyə yüksələn hərbi qulluqçu olmayıb.
Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabr ayında tamam olacaq.
No Comment! Be the first one.