Ötən gün respublika üzrə 40 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz narkotik vasitələrin dövriyyəsinə karşı ölkə ərazisində növbəti qətiyyətli əməliyyat tədbirləri keçirilib.
hadiseler.info xəbər verir ki, sentyabrın 18-də polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq müsadirə olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirlər aramsız və qətiyyətlə devam etdirilir.
No Comment! Be the first one.