Özbəkistan Prezidenti 850-dən çox məhkumu əfv etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunacaq Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə 852 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, əfv olunan şəxslərdən 604-ü cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Həmçinin 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin isə cəza müddəti azaldılıb.
Sərəncam şamil edilənlər arasında 49 qadın, 375 gənc, 60 yaşdan yuxarı 37 kişi və 7 əcnəbi vətəndaş var. Əfv olunanların 63 nəfərini isə qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum edilmiş şəxslər təşkil edir.
No Comment! Be the first one.