Özbəkistan PFL “Sabah”ı təbrik edib
Özbəkistan Peşəkar Futbol Liqası (PFL) “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə adlaması münasibətilə təbrik edib.
hadiseler.info xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib. Təbrikdə Azərbaycan təmsilçisinə Avropanın ən nüfuzlu klub turnirində uğurlar və yeni nailiyyətlər arzulanıb.
Qeyd edək ki, “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qalib gələrək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.
No Comment! Be the first one.